16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Kosovanın paytaxtı Priştinadakı Avropa çempionatında ilk oyununu keçirib. Oxu.Az xəbər verir ki, C divizionunun B qrupunda Kiprlə üz-üzə gələn komanda məğlub olub – 51:65. Milli növbəti matçını iyulun 21-də Ermənistana qarşı keçirəcək. Faiq Tahirov Xeberal.az
“Atletiko Madrid”in keçmiş oyunçusu Felipe Luis “Real Madrid”lə matçların birində Anxel Di Mariyanı arvadını təhqir etməklə onu təxribata çəkib. Bunu Felipe Luisin özü etiraf edib. Məlumata görə, təxribata gedən argentinalı oyunçu matçda uduzub. Qeyd edək ki, bu hadisədən uzun illər keçməsinə baxmayaraq, Felipe buna görə indi üzr istəyib. Mənbə: RİA novosti Xeberal.az
Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu dəfn olunub. “Report” xəbər verir ki, mərhum Bibiheybət qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, martın 4-də polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri – […]