12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabet Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib. “Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Prezidenti İlham […]
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Amerika tərəfinin Qarabağı müzakirə etmək dəvətini qəbul etməyib. Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu özünün “Twitter” səhifəsində məlumat yayıb. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri həmkarları ilə müzakirələrin təşkili ilə bağlı danışıb. “Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk qrupunun işini davam […]
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Biləsuvar şəhərində qeydə alınıb. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü N.Şahbazov bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. N.Şahbazovun sözlərinə görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az