Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Vladimir Dolmatov Bolqarıstanın Plovdiv şəhərində keçirilən “Plovdiv kuboku”nda qızıl medal qazanıb. Oxu.Az xəbər verir ki, idmançı fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, komanda yoldaşı Mədinə Mustafayeva ilə birgə cütlük proqramında isə gümüş medala sahib çıxıb. Xeberal.az
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında müzəffər Azərbaycan Ordusunu həm tarixi qələbə, həm də mülki şəxslərə göstərdiyi humanitar davranış münasibətilə ürəkdən təbrik edib. AZƏRTAC xəbər verir ki, Türkiyə prezidenti, həmçinin bildirib: “Azərbaycanlı qardaşlarımız türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərdilər”. Xeberal.az
“Neçə vaxtdır ki, buradayam. Maşınların hərəkətinə icazə verilir. Hələ ki hərəkətin qarşısının alındığını görməmişəm”. Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında gürcüstanlı bloger Tamuna Mumladze deyib. O bildirib ki, azərbaycanlı ekofəalların etirazları haqlıdır. “Dünyada heç kim ekologiyanın pisləşməsini, ona ziyan dəyməsini istəmir. Ümumiyyətlə, nəinki mən, bütün dünya ekoloji terrora qarşıdır”, – T.Mumladze söyləyib. Qeyd edək ki, T.Mumladze […]