Sabahdan etibarən Sumqayıt sərnişin stansiyası ərazisində avtomobillərin ödənişli əsaslarla parklanması mümkün olacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, parklanma ərazisi yerüstü və yeraltı olmaqla iki hissədən ibarətdir. Ərazidə eyni anda 120 avtomobilin durması üçün şərait yaradılıb. Yerüstü parklanmada 75, yeraltı parklanmada isə 45 avtomobil üçün yerlər ayrılıb. Yerüstü dayanacaqlarda 12 saat üçün durma […]
“Bayram günləri ilə bağlı, Zəfər Günündə olduğu kimi, xəttə əlavə qatarların buraxılması gözlənilir”. Oxu.Az-n məlumatına görə, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib. O bildirib ki, sərnişinlərin ehtiyacına uyğun olaraq Bakı-Sumqayıt xətti üzrə hərəkətdə olan qatarların bir hissəsi Bakı-Gəncə istiqamətinə yönəldiləcək: “Ehtiyac olarsa, qatarların optimallaşdırılması həyata keçiriləcək. Eyni formada Zəfər Günündə […]
Şirvan şəhərində hərəkətin daha sıx olduğu əsas küçə və prospektlərdə rəngi solmuş, hətta bəzi yerlərdə tamamilə görünməyən piyada zolaqlarına rast gəlinir. Bu da həm sürücülər, həm də piyadalar üçün əsl təhlükəyə çevrilib. Qaranlıqda və yağışlı havada vəziyyət daha da çətinləşir. Şəhərin Heydər Əliyev prospektində, Məmməd Əmin Rəsulzadə, Tofiq İsmayılov və digər mərkəzi küçələrdə bənzər mənzərə […]