“İtkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün Azərbaycanın göstərdiyi səyləri alqışlayırıq”. “Report” xəbər verir ki, bunu Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Siyasətçi qeyd edib ki, bu prosesdə ən vacibi qarşılıqlı etimad və səhvlərin etirafıdır. Onun sözlərinə görə, […]
Avqustun 3-də xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Sami Abdulla Goşehini ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüşdə iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov, fəaliyyəti müddətində Azərbaycan […]
Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcək. Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb. “Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər […]