Bakıda tanışını öldürməkdə təqsirləndirilən Zeynal Zeynalovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində əsas ifadələr məlum olub və ittiham edilən şəxsə hökm oxunub. Qafqazinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ötən il iyunun 20-si saat 18 radələrində Binəqədi rayonu ərazisində meyiti tapılan 1985-ci il təvəllüdlü Ramil Oruclunun həmin gün tanışının avtomobilində öldürüldüyü bildirilib. Belə […]
Polisi döydüyü üçün bu gün toxunulmazlığına xitam verilərək saxlanılan deputat Eldəniz Səlimovun məhkəməsi başa çatıb. “XəbərAl.az” xəbər verir ki, Binəqədi rayon məhkəməsində keçirilən iclasda Səlimov barəsində məhkəmənin qərarıyla üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Azərbaycan gələcəkdə yeni peyklər buraxacaq və bununla da yeni məlumatlar kəşf olunacaq”. “Report” xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” İdarə Heyətinin sədri Saməddin Əsədov “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanın 2030-cu ilə qədər […]