“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılarla bağlı söylədiyi fikirlər həm də İranda yaşayan, bütün hüquqlardan məhrum olmuş 35 milyon soydaşımıza Azərbaycan dövlətinin dəstəyi deməkdir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan və qardaş Türkiyə müharibə dövründə olduğu kimi, […]
Çin müdafiə naziri general Li Şanfunu işdən kənarlaşdırıb. Məlumata görə o, artıq iki aydan çoxdur ki, ictimaiyyət arasında görünmürmüş. Li iyul ayında heç bir izahat verilmədən vəzifəsindən uzaqlaşdırılan keçmiş xarici işlər naziri Tsin Qandan sonra bu il yoxa çıxan ikinci yüksəkçinli məmurdur. Mart ayında hökumət dəyişikliyi zamanı müdafiə naziri olmuş Li avqustun 29-da etdiyi çıxışdan […]
Aprelin 7-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və […]