Azərbaycanın məşhur Xalq artisti Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verilib. Manset.az-ın əldə etdiyi məlumata görə, sabiq deputatın 23 yaşlı nəvəsi Zeynəb Xanlarovaya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində yeni vəzifə verilib. Qeyd edək ki, vəzifə verilən xanım sabiq deputat Zeynəb Xanlarovanın oğul nəvəsidir. Xeberal.az
Balakən rayonunda ağır yol qəzasında iki nəfər həlak olub, beş nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, iyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi VAZ-2103 və K.Əhmədovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki […]
İranda məşhur aktrisa Əfsanə Bayeqan məcburi hicab tələbinə görə aktyorluq sənətindən uzaqlaşıb. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Bayeqanın özü məcburi baş örtüyü ilə əlaqədar prokurorluğa çağırılandan bir neçə gün sonra açıqlama yayıb. O, “hörmətsiz aktyorluq sahəsi”ndən çəkildiyini elan edib. Xanım Bayeqan bildirib ki, onun incəsənətlə bağlı fəaliyyəti və ictimai ləyaqəti illərdir yanlış […]