Bir neçə gün bundan əvvəl Daşkəsən rayonunun Astaf kəndində 15 yaşlı qız özünü güllələyərək intihar edib. APA TV hadisəni araşdırıb və intihardan bir neçə gün keçməsinə baxmayaraq, bəzi məqamlar ortaya çıxıb. Günel Həsənovanın valideynləri iddia edirlər ki, övladlarının ölümünün səbəbi intihar deyil. Valideynlərin bildirdiyinə görə Günelin hər hansı bir psixoloji problemi olmayıb, ölmək istəməsinə səbəb olacaq […]
Səhər və axşam saatlarında Bakı-Sumqayıt yolu ölkə ərazisində ən çox sıxlıq müşahidə edilən yollardan biridir. İllərdir bu yoldan istifadə edən sürücülər ağır tıxaclardan, demək olar ki, beziblər. İctimai nəqliyyatdan istifadə edən sərnişinlər isə evdən nə qədər erkən saatda çıxsalar da, hər gün işə gecikdiklərini deyirlər. Çarə kimi bu günlərdə Bakı-Sumqayıt yolunda ictimai nəqliyyat vasitələrindən istifadə […]
Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, idmançı 48 kiloqram çəki dərəcəsində birinci yeri tutub. Bu, Azərbaycan yığmasının qitə birinciliyində əldə etdiyi ilk medaldır. Xeberal.az