Noyabrın 24-ü saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik. Xeberal.az
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. XəbərAl.az xəbər verir ki, qanunun “Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması” adlanan 17-1-ci maddəsinə dəyişikliklər təklif olunur. Qanunun hazırda qüvvədə olan mətnində “dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səslərin azı üç faizini qazanan, […]
“Çox yaxşı komandaya qarşı məğlub olduq”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyada “Bayer 04” klubuna 1:5 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: “Futbolçularım çox əziyyət çəkdilər. Biz müdafiədə oturmaq istəmirdik. Boşluqlar da verdik. “Bayer 04” topla […]