Ölkəmizdə pandemiyadan sonra turizmin canlanması prosesi gedir. Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib. Onun sözlərinə görə, turizmin canlanmasına əsas səbəb pandemiyaya görə qoyulan qaydaların yumşaldılmasıdır. Hava reyslərinin bir çox ölkələrlə yenidən bərpası gəlmə turizminin də dirçəlməsinə təkan verib. “Regionlarda fəaliyyət göstərən hotellərin qiyməti ötən […]
Ucar xəstəxanasının qarşısında intihara cəhdin qarşısı alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib. O bildirib ki, dekabrın 10-da Ucar rayon sakini O.Ələkbərov Rayon Mərkəzi Xəstəxanasının qarşısında üzləşdiyi problemlə bağlı özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan Ucar Rayon Polis Şöbəsinin […]
Dekabrın 30-da saat 22 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Şamaxı rayon sakini Q.Rəcəbovun idarə etdiyi VAZ-2106 və Bakı şəhər sakini R.Səfərovun idarə etdiyi KİA markalı avtomobillər toqquşub. Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətindən bildirilib. Qəza nəticəsində Q.Rəcəbov hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Xeberal.az