Çempionlar Liqasının pley-off və final matçlarında istifadə ediləcək topun fotoları üzə çıxıb. “Footy Headlines” resursu turnirin 2022/23 mövsümünün 1/8 final mərhələsindən etibarən oyunlarda görə biləcəyimiz “Adidas” topunun şəkillərini dərc edib. Rəsmi olaraq top fevralın 13-də təqdim olunacaq və ilk dəfə fevralın 14-də 1/8 final matçında meydanda görünəcək. Topun üzərindəki naxış ənənəvi türk sənətindən ilhamlanıb. Qızıl […]
Oğuz Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Bucaq kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini E.Qədirli olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci […]
Bu gün Azərbaycanın daha beş güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open”də mübarizəyə başlayacaq. “Report”un məlumatına görə, yunan-Roma güləşçilərindən 77 kq çəki dərəcəsində çıxış edən Sənan Süleymanov təsnifatda Amin Yavar Kaviyaninejadla (İran) üz-üzə gələcək. 87 kq-dakı idmançılardan İslam Abbasov 1/16 finalda Damian Von Euvla (İsveçrə), Məhəmməd Əhmədiyev təsnifatda Matey Mandiçlə (Xorvatiya) güləşəcəklər. Qadınların yarışında Alyona Kolesnik (59 […]