İdman

“Zaqreb Open”: Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayırlar

Sharing is caring!

Bu gün Azərbaycanın daha beş güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open”də mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, yunan-Roma güləşçilərindən 77 kq çəki dərəcəsində çıxış edən Sənan Süleymanov təsnifatda Amin Yavar Kaviyaninejadla (İran) üz-üzə gələcək.

87 kq-dakı idmançılardan İslam Abbasov 1/16 finalda Damian Von Euvla (İsveçrə), Məhəmməd Əhmədiyev təsnifatda Matey Mandiçlə (Xorvatiya) güləşəcəklər.

Qadınların yarışında Alyona Kolesnik (59 kq) ilk görüşünü Anastasiya Niçitaya (Moldova) qarşı keçirəcək. Elis Manolova (62 kq) isə Kiyoko Miraklın (ABŞ) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Hacıyev (74 kq), Əli Rəhimzadə (65 kq), Hacımurad Hacıyev (70 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) bürünc əldə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir