Qarabağda Azərbaycanın lokal xarakterli antiterror tədbirləri davam edir. Bölgədən bir çox erməninin təxliyə olunduğu qeyd olunur. Bu barədə Ermənistan mediası məlumat yayıb. Təxliyə olunanların sayının yeddi minə yaxın olduğu bildirilir. Xeberal.az
Tovuzda intihar hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakini 37 yaşlı Ruslan Rafiq oğlu Ələkbərov bu səhər yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini anası tapıb. Əldə edilən məlumata görə, R.Ələkbərov ruhi-əsəb xəstəliyindən əziyyət çəkib. O, ötən gün oğurluq hadisəsinə görə polisə çağırılıbmış. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə […]
Göygöldə itkin düşən şəxsin meyiti göldə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Qeyd edilib ki, iyul ayının 17-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Çayqovuşan kənd sakini, 1978-ci il təvəllüdlü İmaməddin Hümbətovun Göygöl rayonu ərazisində itkin düşməsi barədə məlumat daxil olub. Kəlbəcər və […]