Sharing is caring!
Oxşar Xəbərlər
Bakıda bankdan 370 min oğurlayanlar tutuldu
Posted on Author Xeberal.az
Bakıda bankdan külli miqdarda pul oğurlayan şəxslər tutulublar. DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər. Qeyd edək ki, bir neçə gün öncə Xətai rayonunda BTB Bankın filialından ümumilikdə 370 min manata yaxın pul oğurlanıb (316 min manat və 32 min dollar). Pulun […]
Cəlilabadda qarlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirdi – FOTO
Posted on Author Xeberal.az
Cəlilabad rayonunda qarlı hava şəraiti nəqliyyatın hərəkətində qismən problemlər yaradıb. “Report”un məlumatına görə, bu gün səhər saatlarından yağmağa başlayan qar nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabadın dağlıq kəndləri olan Musalı, Ləkin, Əsədli, Şatırlı, Buravardan keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib. Hazırda sözügedən yol ağır texnikalar tərəfindən qar örtüyündən təmizlənir. Cəlilabad rayonunun dağlıq kəndlərində qar yağmaqda davam edir. Xeberal.az
Bu il kafe və restoranlara nə qədər pul xərcləmişik?
Posted on Author Xeberal.az
2023-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25% artaraq 751 milyon manat olub. Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Qeyd olunan müddətdə hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 450,5 milyon manat olub ki, bu da ümumi dövriyyənin 60%-ni təşkil edib. Xeberal.az