Lənkəranda mal-qara oğurluqları edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Lənkəran rayonunun Siyablı, Əşlə, Təngivan və digər kəndlərinin ərazisindəki meşə massivindən ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qaranın oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Daxil olmuş müraciətlər əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən Lerik […]
Kahramanmaraşda baş verən zəlzələlərdə ağır zədələnmiş binanın sökülməsi zamanı qəza baş verib. 12 mərtəbəli bina sökülərkən arxasındakı 7 mərtəbəli binanın üzərinə aşıb. Həmin anlar söküntü işlərini izləyən vətəndaşın mobil telefon kamerasına əks olunub. Videoda hər yerin toz buludu ilə örtüldüyü və möhkəm binanın bəzi hissələrinin zədələndiyi görüntülənib. Anbaan qeyd edilən görüntülərdə bəzi vətəndaşların qışqırması da eşidilib. Mənbə: […]
Quba rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. XəbərAl.az xəbər verir ki, Bəhram Cəfərov əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. 2008-ci ildə quldurluq və xuliqanlıq ittihamı ilə mühakimə olunub və 8 il 6 ay azadlıqdan məhrum edilib. 2015-ci ildə Xəzər rayon Məhkəməsinin […]