Xalq artisti Ağasəlim Abdullayev evə buraxılıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq, “Yeni Klinika”dan bildirilib. Qeyd olunub ki, sənətçinin vəziyyəti normaldır: “Pasiyentin vəziyyəti stabildir. Qarın nahiyəsində şikayətləri önəmli miqdarda azalıb. Demək olar ki, yox dərəcəsindədir. Normal qidalanır və həyati riski yoxdur. Pasiyent bu gün evə buraxılıb”. Xeberal.az
“Qarabağ erməniləri iki yerə bölünüb – barışıq tərəfdarı olanlar və aqressiv qrup”. “Report” xəbər verir ki, bu fikirlər “Türkiyə” qəzetinin Azərbaycanın işğaldan azad olunan ərazilərindən hazırladığı reportajda əksini tapıb. Müəllif yazır ki, dünya birliyi uzun illər Qarabağda yaşananlara göz yumub: “Əgər qətliamlar davam etsəydi, buna sadəcə Türkiyə və Pakistan üzüləcəkdi, dünya birliyi baş verənləri heç vecinə belə […]
Bakı Apellyasiya Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Türkiyə vətəndaşı Emrah Özcanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin çıxardığı şərti cəza hökmü dəyişdirilib. […]