“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offundakı potensial rəqibi bəlli olub.
Oxu.Az xəbər verir ki, ağdamlılar III təsnifat mərhələsində “Ferentsvaroş”unu mübarizədən kənarlaşdıra bilsə, pley-offda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.
Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi “Şerif”ə evdə də eyni hesabla qalib gələrək, pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, “Qarabağ” hazırda Budapeştdə “Ferentsvaroş”la qarşılaşır.
Zaur Xudiyev
Xeberal.az