Dünya

Xerson səhəri partlayış səsləri ilə açıb

Sharing is caring!

İyunun 6-da səhər Rusiya hərbçiləri tərəfindən müvəqqəti işğal olunmuş Xersonun sakinləri partlayış səsləri ilə ayılıblar. Xarakterik səslər şəhərin müxtəlif yerlərində eşidilib.

Bu barədə “Suspilna Xerson” “Telegram” səhifəsində məlumat yayıb.

“Xersonda partlayış səsləri eşidilir”, – deyə məlumatda bildirilir və başqa hər hansı ətraflı məlumat verilmir.

Eyni zamanda yerli “Telegram” kanalları Xerson və Nikolayev vilayətlərindən partlayış səslərinin eşidildiyini bildirirlər. Hazırda bu ərazilərdə yaylım atəşli reaktiv raket sistemlərinin istifadəsi ilə artilleriya döyüşləri gedir.

“Nikolayev və Xerson tərəfdən yaylım atəşli reaktiv raket sistemləri və artilleriya səsləri eşidilir”, – deyə mesajda qeyd edilir.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Xerson vilayətində rus işğalçıları sahibləri qiymət etiketlərini rublla göstərməkdən və rus pulunu qəbul etməkdən imtina edən mağazaları yandırmaqla hədələyirlər.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir