Bakıda bıçaqlanma hadisəsi baş verib.
XeberAl.az xəbər verir ki, dünən saat 11-40-da Yasamal rayonu Azərbaycan prospektində 1990-cı il təvəllüdlü Samir Vəlixanov tanışı tərəfindən bıçaqlanıb. İnsanların gözü qarşısında, küçənin ortasında bıçaqlanan gənc Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onu bıçaqlayan 1992-ci il təvəllüdlü Fərid Budaqov tutularaq istintaqa təhvil verilib.
Araşdırma aparılır.