Dünya

Alp dağlarında ixtiozavr qalıqları tapılıb

Sharing is caring!

İsveçrənin Alp dağlarında tapılan üç ixtiozavrın qalıqları paleontoloqlar tərəfindən təsvir edilib. İki heyvanın uzunluğu 15 və 21 m təşkil edir. Məlum olan ən böyük ixtiozavr dişi də tapılıb ki, uzunluğu 15 sm-dir. Digər skeletdə isə diqqət çəkən gövdə fəqərəsi olub, bu, Avropada ən böyük və dünyada ikinci ən böyük fəqərə hesab olunur.

İxtiyozavrların çəkisi təxminən 80 ton ola bilərdi – onlar 250 milyon il əvvəl Pangeya qitəsini əhatə edən okeanlarda yaşayırdılar.

Onların qalıqları bütün planet boyu tapılır, lakin əksəriyyətinin ölçüləri elə də böyük olmur. Ən böyük heyvanların sümükləri Himalay, Şimali Amerika və Yeni Kaledoniyada, indi isə Alp dağlarında tapılıb. Sümüklərin tapıldığı 2,8 km yüksəklikdə 200 milyon il əvvəl lagunun (gölün)  dibi vardı və ixtiozavrlar buraya balıq üçün gəlirdilər.

Nəhəng dişin sahibinin ölçülərini müəyyən etmək mümkün olmayıb, lakin onun indiki dövrdə iyerarxiyada qatil balinalarla eyni yeri tutduğuna dair bir fərziyyə var.

Mənbə: Rambler.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir