Martın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakıda “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) 2023-cü il yaz mövsümü üzrə ilk ağacəkmə aksiyası keçirilib. Oxu.Az xəbər verir ki, ağacəkmə aksiyası zamanı Bakının Xətai rayonunda yerləşən “Gənclik” parkında Yaponiya dövləti tərəfindən Azərbaycana hədiyyə edilmiş sakura ağaclarından ibarət bağ salınıb. […]
Göyçay sakini evində ölü tapılıb. APA xəbər verir ki, hadisə rayonun Şahsoltanlı kəndində qeydə alınıb. 1985-ci il təvəllüdlü Rəhim Həmidovun meyiti yaşadığı evin həyətində yerləşən yarımtikilidə asılmış şəkildə aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb. Xeberal.az
Samuxda bədbəxt hadisə baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Yeni Kənd kəndində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini 2009-ci il təvəllüdlü Aysel Süleymanova Kür çayının kənd ərazisindən keçən hissəsində çimərkən batıb. Nəticədə 14 yaşlı qız boğularaq vəfat edib. Meyit Kürdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, yeniyetmə qız ailəsi ilə birlikdə […]