Xəbəral.az xəbər verir ki, Milli Məclisdə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihə müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Xəbəral.az
Azərbaycan idmançıları apreldə beynəlxalq turnirlərdə 164 medal qazanıblar. Bunu gənclər və idman naziri Fərid Qayıbov ötən ayla bağlı qurumun rəsmi saytındakı qeydində bildirib. O, boks, cüdo, bədii gimnastika, akrobatika gimnastikası, idman gimnastikası, badminton, akademik avarçəkmə, qılıncoynatma, taekvondo, üzgüçülük, sərbəst güləş, yunan-Roma güləşi, sambo, şahmat, sumo, stolüstü tennis, para-pauerliftinq və digər idman növlərində uğurların olduğunu vurğulayıb. […]
“Hər zaman Azərbaycanla bir olmuşuq, bundan sonra da eyni yolda davam edəcəyik”. Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib. “Qarabağ uzun illər davam edən işğaldan sonra azad edildi. Azərbaycan indi Qarabağın hər guşəsində öz bayrağını sancıb. Buna görə də onu təbrik edirik. Biz Türkiyə Cümhuriyyəti olaraq hər zaman Azərbaycanla bir olmuşuq. Bundan sonra da eyni yolda […]