İdman

Çempionlar Liqası: “Mançester Siti” və “Real” qələbə qazandı

Sharing is caring!

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı keçirilib.

XəbərAl.az xəbər verir ki, “Real Madrid” İtaliyada “Atalanta” ilə üz-üzə gəlib. Görüş “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Digər matçda isə Almaniyanın “Borussiya” (Mönhenqladbax) və İngiltərənin “Mançester Siti” klubları qarşılaşıblar. Pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən oyunda qonaqlar 2:0 hesablı qələbə qazanıb. 

Bu komandalar arasında cavab matçları martın 17-də olacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

24:00. “Atalanta” (İtaliya) – “Real Madrid” (İspaniya) – 0:1

Qol: Ferlan Mendi, 86

Qırmızı vərəqə: Remo Froyler (“Atalanta”), 17

24:00. “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə) – 0:2

Qollar: Bernardu Silva, 29, Qabriel Jezus, 65

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir