Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının püşkü atılıb. “Report”un məlumatına görə, Azərbaycan millisi ilk oyunda Türkiyə komandası ilə üz-üzə gələcək. Daha sonra Qazaxıstan – Azərbaycan, Mərakeş – Qazaxıstan, Polşa – Mərakeş, Türkiyə – Özbəkistan və Özbəkistan – Polşa görüşləri baş tutacaq. Qeyd edək ki, yarış noyabrın 5-8-də reallaşacaq. Xeberal.az
Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir. Bir neçə saat əvvəl Tacikistandan olan xilasedicilər Türkiyənin Kahramanmaraş şəhərində üç yaşlı uşağı dağıntılar altından sağ çıxarıblar. 158 saat sonra xilas edilən azyaşlı səhiyyə işçilərinə təhvil verilib. Mənbə: TASS Xeberal.az
“Zəngli saatın monoton səsi tez oyanmağımıza kömək etmir, çünki bu səs artıq yuxumuza “daxil olur”. Bu barədə rusiyalı somnoloq Yelena Sareva danışıb. Mütəxəssisin sözlərinə görə, zəngli saatın melodiyası nə qədər şən və ritmikdirsə, oyanma prosesi də bir o qədər aktiv olur. Ritmik səslər ürək döyüntüsünü və bədən hərarətini artırdığı üçün daha tez ayağa qalxmağınıza kömək edir. […]