İranın cənub-şərqində sərhədçilərlə silahlı qruplaşma arasında toqquşma baş verib. Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər yayıb. Məlumata görə, bu gün səhər saatlarında İranla Pakistan sərhədində – Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində sərhədçilərlə “terrorçu” qruplaşma arasında meydana gələn silahlı qarşıdurma zamanı bir sərhədçi ölüb, iki nəfər yaralanıb. Xeberal.az
“Azərbaycan vətəndaşlarının bir qismi hər ay xüms adı altında İrandakı “dini lider”ə pul göndərirlər”. Bu sözləri Baku TV-yə açıqlaması zamanı Hikmət Məmmədov bildirib. O qeyd edib ki, İran bizdən aldığı pulun bir qismini özünə saxlayaraq, digər qismi ilə bizi özümüzə düşmən etməyə çalışır. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az
Daxili İşlər Nazirliyinin daha 4 rayon polis şöbəsi işğaldan azad edilən ərazilərə köçürülüb. Xəbəral.az xəbər verir ki, artıq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı Rayon Polis Şöbələri komendantlıq vəzifəsini icra etmək üçün işğaldan azad edilən həmin rayonlara köçürülüb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq işğaldan […]