Müğənni Sevda Sanəliyeva “Xəbər-ətər” proqramında qonaq olub.
XəbərAl.az xəbər verir ki, sənətçi şirniyyat evi açmaq istədiyini bildirib:
“Mağaza açmaq istəyirəm. Özüm bişirib, satacağam. Amma içərisində yemək üçün stollar da olsun. Bu ideyamı gerçəkləşdirəcəm. İndi şirniyyat satmıram. Amma bişirəndə sosial şəbəkədə paylaşıram”.
Sevda pandemiya ərəfəsində istirahət etdiyini söyləyib:
“Əvvəl o qədər çalışırdıq ki, sağlamlığımıza fikir vermirdik. Pandemiyada bunun fərqinə vardım. İndi öz qayğıma qalıram”.