Episentri Kahramanmaraş (Türkiyə) olan zəlzələlərdən ən çox zərər görən şəhərlərdən biri Hatayın İskenderun rayonunda dəniz yenidən daşıb, sahil xətti və ara küçələri su basıb. Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb. Görüntülərdə qəfil sel nəticəsində kafenin su altında qaldığı dəhşətli anlar əks olunub. Mənbə: Haber Global Xeberal.az
Gürcüstan hakimiyyəti may ayının əvvəlində Qabon sahillərində girov götürülən iki dənizçini azad etməyə müvəffəq olub. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bazar günü dərc olunmuş məlumatında deyilir. “Xarici İşlər Nazirliyi, Gürcüstanın Cənubi Afrika Respublikasındakı səfirliyi və Dəniz Nəqliyyatı Agentliyinin səyləri nəticəsində mayın 21-də gürcü dənizçiləri əsirlikdən xilas ediliblər. Onlar Nigeriyada tibbi müayinədən keçirlər, sağlamlıqları qənaətbəxşdir. […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. XəbərAl.az xəbər verir ki, dövlət başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib. Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.