İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, dünən Xürrəmabad və Zahidan şəhərlərinin mərkəzi zindanlarında üç məhbus dar ağacından asılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Məlumata görə, edam hökmü icra edilən iki məhbus etnik bəluc olub. Qeyd edək ki, dünən də 10 məhbusun edam olunması barədə xəbər verilmişdi. Xeberal.az
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi bu gün saat 17:00-da başa çatır. Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, 30 avqust tarixindən 2022/2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün elektron tələbə qəbulunun II mərhələsinə start verilib. II mərhələdə şəxslər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Peşə təhsili müəssisələrinə […]
Abşeron rayonunda kişinin hamilə arvadını qətlə yetirməsində əsaslı şübhələr müəyyən edilib. Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, oktyabrın 22-i saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun oktyabrın 21-i […]