“Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir”. AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında söyləyib. İşğal illərində Qarabağ və Şərqi Zəngəzurda hər şeyin dağıdıldığını vurğulayan dövlətimizin başçısı deyib: “İnfrastrukturu, yaşayış sahələrini, ictimai […]
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçrədə “Sürix”lə qarşılaşacaq. “Letsiqrund” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edəcək. Bakıdakı ilk qarşılaşmada “köhlən atlar” rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Cavab oyunu […]
Bakıda qadın sürücü piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Sabunçu rayonu ərazisində Zəminə İsmayılova idarə etdiyi avtomobillə yolu keçən, 1991-ci il təvəllüdlü Telman Qasımovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az