MARAQLI

İlon Maskın “Starship” raketi sınaqlar zamanı partladı – VİDEO

Sharing is caring!

ABŞ-ın “SpaceX” şirkəti tərəfindən hazırlanan ən yeni kosmik raket “Starship”in prototipi sınaq uçuşu zamanı qəzaya uğrayıb.

“Zvezda”nın məlumatına görə, şirkətin rəsmi “YouTube” kanalında bununla bağlı video paylaşılıb.

Kadrlarda raketin yüksək sürətlə Yer səthinə çırpıldığı görünür.

“SpaceX”in qurucusu İlon Mask isə hadisəyə müsbət reaksiya göstərib. O, raketin eniş anında yanacaq çənindəki çox aşağı təzyiq səbəbindən sürətinin azalmadığını izah edib, ancaq buna baxmayaraq, test zamanı bütün lazımi məlumatların da əldə edildiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir