Təbii inhisar subyektlərinin mal, iş və xidmətləri üzrə qiymətlər (tariflər) “Təbii inhisarlar haqqında” qanuna uyğun olaraq müəyyən edilir. APA xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb. Tənzimlənən qiymətlər (tariflər) müəyyən edilərkən müvafiq mal, iş və xidmətin maya dəyərinin […]
Hazırda Ukrayna hərbçilərinin nəzarətində olan “Azovstal” metallurgiya zavodunun bombalanmasının görüntüləri yayılıb. Videonu Mariupol merinin müşaviri Petr Andryuşşenko öz “Telegram” kanalında yayımlayıb. “Mariupol. Azovstal. Cəhənnəm belə səslənir. Yenilməzlik belə görünür. Bomba ardınca bomba. Mərmi ardınca mərmi. Hamımız Mariupolun müdafiəçilərinə borcluyuq”, – o, yazıb. Xeberal.az
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı prosesi davam edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan bu yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq […]