AKTUAL

Vilyam Hacıyevin həbs müddəti uzadılıb

Sharing is caring!

Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

XəbərAl.az xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir