Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Gömrük Komitəsi, KOBİA yanında İctimai Şura və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər. KOBİA yanında İctimai Şuranın sədri […]
Nazirlər Kabinetinin qərarına əsasən, 2023-24-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. “Qafqazinfo”nun məlumatına görə, yeni tədris ilinin başlanmasına sayılı günlər qalarkən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən vahid formalarla bağlı xəbərdarlıq edilib. Sözügedən xəbərdarlıq məktəb direktorlarına ünvanlanıb, müvafiq olaraq sinif rəhbərlərinə yönləndirilib, eyni zamanda, məktəblərin sosial şəbəkə hesablarında paylaşılıb. […]
Zaqatalada “Qazel” qatarla toqquşub. APA-nı məlumatına görə, hadisə Yevlax-Balakən dəmir yol xəttinin Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun kəsişdiyi ərazidə baş verib. Hadisə şahidlərinin verdikləri məlumata görə, “Qazel” markalı yük maşını Yevlax-Balakən dəmir yol xətti ilə hərəkətdə olan yük qatarı ilə toqquşub. Qəza zamanı “Qazel”in sürücüsü, rayonun Fındıqlı kənd sakini Etibar Zahid oğlu Abbasov yüngül xəsarət alıb. […]