Fələstinin HƏMAS radikal hərəkatının siyasi bürosunun sədr müavini Saleh əl-Aruri öldürülüb.
O, Beyrut (Livan) ətrafında yerləşən şiələrin yaşadığı Dahiya qəsəbəsində həlak olub.
Məlumata görə, İsrail PUA-sı buradakı HƏMAS qərargahına zərbə endirib.
Həmçinin, binada olan daha üç fəal öldürülüb. Onların “İzzəddin əl-Qəssam” briqadalarının komandirləri olduğu bildirilib. Yaralıların sayı dəqiqləşdirilir.
Mənbə: TASS
Xeberal.az