“Ümummilli lider Heydər Əliyevin türk dövlətləri ilə münasibətlərin gücləndirilməsində, o cümlədən Azərbaycan-Türkmənistan dostluğunun möhkəmləndirilməsində müstəsna xidmətləri var”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
“Türkmənistanda ümummillilider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan və Türkmənistan Qardaşlığı” konserti və fotosərgidə ulu öndərin xatirəsini yad etdik, ölkələrimizin əlaqələrinin inkişafına verdiyi töhfələr barədə danışdıq”, – deyə nazir bildirib.
Ümummilli lider Heydər Əliyevin türk dövlətləri ilə münasibətlərin gücləndirilməsində, o cümlədən #Azərbaycan–#Türkmənistan dostluğunun möhkəmləndirilməsində müstəsna xidmətləri var. Türkmənistanda #ümummillilider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər… pic.twitter.com/EbUtAcL7Yi
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 28, 2023
Xeberal.az