Bakıda sərnişin avtobusları toqquşub.
“Unikal”ın məlumatına görə, hadisə Azadlıq prospektində baş verib. Belə ki, 88 saylı marşrut üzrə hərəkət edən “BakuBus”, 85 saylı marşrut üzrə hərəkət edən “Faiqoğlu” MMC-yə məxsus bir başqa sərnişin avtobusu ilə toqquşub.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
![](https://xeberal.az/wp-content/uploads/2023/11/bakida-sc999rnisin-avtobuslari-toqqusdu-foto-2.jpg)
Xeberal.az