Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-fevral ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar, profilaktiki tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərərvurma və digər cinayətlər törədən ümumilikdə 15 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, […]
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Nahyanla görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələləri və regiondakı vəziyyəti müzakirə ediblər. Xeberal.az
Bakıda qadını avtomobil vuraraq öldürüb. APA xəbər verir ki, 1999-cu il təvəllüdlü Fərid Niyazi oğlu Quliyev idarə etdiyi özünə məxsus “Mercedes-Benz” markalı avtomobillə Suraxanı rayonu Əmircan qəsəbəsi ilə üzü Dədə Qorqud qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada 1967-ci il təvəllüdlü Asalayeva Amalya Nəcməddinovnanı vurub. Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. […]