İsveçdə kimya üzrə Nobel mükafatının laureatı elan olunub.
Bu barədə İsveç Kral Elmlər Akademiyası məlumat verib.
2023-cü ildə kimya üzrə Nobel mükafatı laureatları Munqi Bavendi, Luis Bryus və Aleksey Yekimov (hamısı ABŞ-də fəaliyyət göstərir) olub.
Mükafat kvant nöqtələrinin kəşfi və sintezinə görə təqdim edilib.
Qeyd edək ki, İsveç Kral Elmlər Akademiyası builki laureatlarının adları olan məktubu səhvən qaliblərin elanından dörd saat əvvəl göndərmişdi.
Mənbə: İnterfaks
Xeberal.az