manset Siyasət

Gürcüstan Ermənistana silah göndərilməsini TƏKZİB ETDİ

Sharing is caring!

Ermənistana Serbiyadan Gürcüstan ərazisi ilə hərbi sursat keçirilməsi barədə məlumatlar dezinformasiyadır.

 

Xəbəral.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

 

Bəyanatda vurğulanıb ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır, iki ölkənin xalqları arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur. Dezinformasiya yayan media orqanları bu əlaqələrə kölgə salmağa çalışır.

 

“Bir daha vurğulayırıq ki, Gürcüstan və Azərbaycan dərin, inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinə malikdir, xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur. Hər iki ölkə regionda mühüm rol oynayır və bir çox birgə regional, qlobal əhəmiyyətli layihələri həyata keçiririk. Bu, qərəzli informasiyadır və iki strateji tərəfdaş ölkə arasında münasibətlərə süni şəkildə problem yaratmağa yönəlib”, – deyə XİN-in bəyanatında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir