Meyxanaçı Namiq Qaraçuxurlu 14 ildən sonra solo konsert verməyə hazırlaşır.
Lent.az xəbər verir ki, sənətçi iyulun 15-də sevənlərinin qarşısına çıxacaq. "Yaşıl teatr"da baş tutacaq gecədə o, 25 ildən çoxdur davam edən sənət fəaliyyəti zamanı ərsəyə gətirdiyi hitləri səsləndirəcək.
Konsertdə nostalji ifalara da yer veriləcək.
Qeyd edək ki, biletlər 25 manatdan başlayır.