Gürcüstanda koronavirusa yoluxanların sayı 115 nəfərə çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında məlumat verilib.
Koronaviruslu xəstələrin 22-si sağalıb. Hazırda 294 şəxs (yoluxanlar və yoluxma şübhəsi olanlar) stasionar nəzarətdə saxlanılır.