İdman

Neymar PSJ rəsmisinin sərt danışığına ondan da ağır cavab verdi

Sharing is caring!

PSJ-nin braziliyalı hücumçusu Neymarla klubun idman müşaviri Luiş Kampuş arasında baş verən davanın təfərrüatı məlum olub. Münaqişə parislilərin Fransa çempionatında “Monako”ya 1:3 hesabı ilə məğlub olmasından sonra baş verib. Bu görüşdə qolları Aleksandr Qolovin, Vissam Ben Yedder (dubl) və Zair-Emeri vurublar.

Kampuş soyunub-geyinmə otağında parislilərin oyunundan narazılığını bildirib, bəzi oyunçuların ünvanına sərt danışıb. Bu vaxt Neymar Kampuşla portuqal dilində mübahisə edib və ona deyib:

“Mənimlə danışmaq sənin işin deyil, sən mənim məşqçim deyilsən”.

Daha sonra braziliyalının özü Kampuşla mübahisə faktını təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl Kampuşun Neymardan yaxa qurtarmaq niyyətində olduğu barədə məlumat yayılıb. Qış transfer pəncərəsində onun keçidi ilə bağlı razılaşma tamamlanmayıb. Nəşrin məlumatına görə, klub hələ də Messi-Mbappe-Neymar üçlüyündən bir nəfəri çıxarmağı gözləyir.

24 turdan sonra PSJ Fransa çempionatında ikinci yerdə qərarlaşan “Marsel”i beş xal, üçüncü pillədə qərarlaşan “Monako”nu isə yeddi xal qabaqlayaraq birinci yerdədir.

Mənbə: Get French Football News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir