“Daha əvvəl belə soyuq havada oynamamışdım. Bu, işimi bir az çətinləşdirdi”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ı Macarıstan “Ferentsvaroş”una dəyişən qanalı futbolçu Kvabena Ovusu “Pakş”a 3:1 hesabı ilə qalib gəldikləri XVII tur oyunu ilə bağlı “Nemzetisport”a açıqlamasında deyib.
26 yaşlı hücumçu qarşılaşmanın asan keçmədiyini bildirib:
“Artıq isinmə hərəkətləri edərkən matçdan həzz alırdım. Artıq “Uypeşt”lə görüşü düşünürəm. Bu oyunda da qalib gəlməliyik”.
Qeyd edək ki, Kvabena Ovusu ötən ay Ağdam təmsilçisindən “Ferentsvaroş”a keçib. “Pakş”la qarşılaşmanın 65-ci dəqiqəsində oyuna girən afrikalı hücumçu 72-ci dəqiqədə bərabərlik qoluna imza atıb.
Xeberal.az