İranın Məşhəd şəhərində üzərində İranın ali rəhbərinin boğazı kəndirə keçirilmiş halda təsviri olan pankart asılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Qəzəbli xalq gənclərin edam edilməsinə etiraz olaraq Çıraqçı şosesindəki yerüstü keçidin üzərində İranın ali rəhbərinin şəkli olan pankart asıb. Pankartda həmçinin “Edamların müəllifi Xamenei, sənin də növbən çatacaq” yazısı həkk olunub.
Xeberal.az