Suraxanı rayonu, Hövsan qəsəbəsi, şəhid Oktay Şabanovun adını daşıyan küçədə yol infrastrukturu bərbad vəziyyətdədir.
Bu barədə Oxu.Az-a sakinlər tərəfindən şikayət ünvanlanıb.
Bildirilib ki, küçənin asfalt örtüyü olmadığına görə yağış yağan kimi yolda hərəkət çətinləşir:
“Uşaqlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər, ayaqları topuğacan su və palçıq olur, başqa hərəkət edə biləcəyimiz yol yoxdur. Öz hesabımıza kanalizasiya, su və telefon xətti çəkmişik. Yolun təmirinə də ehtiyacımız var. Heç olmasa buna diqqət göstərilsin. Bu cür yaşamaq olmaz, hansı dövrdür? Bura ucqar dağ kəndi deyil, normal yol olmalıdır”.
Sayad Həsənli
Xeberal.az