Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib.
Oxşar Xəbərlər
İlham Əliyev deputatı təltif etdi
Prezident İlham Əliyev Anatoliy Xaimoviç Rafailovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncamla A.Rafailov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib. Qeyd edək ki, A.Rafailov Milli Məclisin deputatıdır. Xeberal.az
Yardımlıda 26 yaşlı şəxsin meyiti meşədə tapılıb
Yardımlıda 26 yaşlı şəxsin meşədə meyiti tapılıb. APA xəbər verir ki, Odurakəran kənd sakini, 1996-cı il təvəllüdlü Hakim Zahidovun ip ilə ağacdan asılmış meyiti kəndin yaxınlığında yerləşən meşəlik ərazidən aşkar edilib. Onun meyitinin xarici müayinəsi zamanı heç bir xəsarət və zorakılıq əlaməti aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
“Neftçi” Bakıda “Zenit”lə qarşılaşacaq
“Neftçi” Rusiyanın “Zenit” klubu ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmanın Bakıda keçirilməsi nəzərdə tutulub. Sankt-Peterburq klubunun ölkəmizə səfərinin noyabrda milli komandaların oyunları ilə əlaqədar liqalarda yaranacaq fasilə zamanı reallaşacağı bildirilir. “Zenit” oktyabrda isə Qazaxıstana səfər edib “Kayrat”la üz-üzə gələcək. Qeyd edək ki, “Neftçi” yayda Rusiyada “Zenit”lə qarşılaşıb və məğlub olub – 1:3. Mənbə: sport-express.ru Xeberal.az