Gəncədə 24 yaşlı qadın dəm qazından boğulub. Oxu.Az xəbər verir ki, Gəncə sakini, 1998-ci il təvəllüdlü E.Sadıxova yaşadığı evdə hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var. “Report”un xəbərinə görə, hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1966-cı il təvəllüdlü İlqar Əhmədağa oğlu Zeynalov idarə etdiyi UAZ markalı minik avtomobili ilə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə […]
Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib. Oxu.Az xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində ermənistanlı Qurqen Madoyanı sınağa çəkib. Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun (51 […]