Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,9 ABŞ dolları və ya 1,98% azalaraq 93,73 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.
Xeberal.az