Siyasət

YAP-ın ən gənc namizədi kimdir?

Sharing is caring!

YAP-ın ən gənc namizədi kimdir?


XəbərAl.az bildirir ki, Yeni Azəbaycan Patiyasının İdarə Heyətinin iyulun 17-də keçirilən iclasında Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin siyahısı elan edilib və müzakirələrdən sonra təsdiq olunub.
İrəli sürülən namizədlər arasında yeni simalara, xüsusilə gənclərə yer verilməsi diqqətçəkən məqamlardan olub. Onlardan biri də namizədliyi 70 saylı Neftçala seçki dairəsindən irəli sürülən Fərhad Ceyhun oğlu Baxışovdur.
O, 1997-ci ilə Neftçala rayonunda dünyaya gəlib. Orta təhsilini 2003-2014-cü illərdə Neftçala şəhər Əlif Piriyev adına 2 saylı tam orta məktəbdə alıb. Məktəbi əla qiymətlərlə bitirib.
2014-cü ildə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 600-dən yüksək bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi İdarəetmə” fakültəsinin “Politologiya” ixtisasına qəbul olub. O, bakalavr təhsilini ixtisas üzrə ən yüksək ÜOMG və fərqlənmə diplomu ilə başa vurub. Təhsilini 2018-2020-ci illərdə həmin Akademiyanın “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisaslaşması üzrə magistr dərəcəsində davam etdirən Fərhad Baxışov həmin dərəcə üzrə təhsilini də fərqlənmə diplomu ilə bitirib. O, hal-hazırda doktorantura səviyyəsində “Cənubi Qafqaz dövlətlərinin siyasi sistemlərinin formalaşması xüsusiyyətləri və inkişaf dinamikası” mövzusunda tədqiqat işini davam etdirir.
Bir neçə elmi məqalənin və Aristotelin “Siyasət” əsərinin icmalının müəllifidir. Məqalələri dəfələrlə elmi jurnallarda nəşr olunub.
Fərhad Baxışov qısa müddət müəllimi kimi fəaliyyət göstərib. 2020-2023-cü illərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinə rəhbərlik edib. 2023-cü ilin 1 sentyabrından Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatında fəaliyyət göstərir.
Azərbaycan, türk, ingilis dillərini bilir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir